Komandirə mesajı baxın necə verdi

Komandirə mesajı baxın necə verdi

9 May 2011 18:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ben Ladenin öldürülməsindən az müddət əvvəl Obama ordu generalı Ed Uilsonla görüşdü. Onlar arasında qeyri-adi mesajlaşma meydana sual çıxartdı. GÖRƏSƏN?


İtalyan "Rainews" kanalının yayımladığı görüntülərdə 29 apreldə Cape Canaveral hava limanına enən Obama onu qarşılayan Uilson ilə görüşərkən əlindəki kiçik bir kağız parçasını gizlicə generala ötürdü. Kağızı xəlvətcə cibinə qoyan general Uilson da Obamaya başqa bir kağız verdi. Bu səhnə bəzi analitiklərin fikrincə "Obamanın Ben Ladenin öldürülməsi əmrini verdiyi an" olaraq xarakterizə edildi. Gizli mesajlaşmadan bir neçə saat sonra ABŞ-ın xüsusi qrupları Ladenin Pakistandakı malikanəsinə əməliyyat təşkil edərək, dünyanın ən çox axtarılan terroristi olan Əl-Qaidə liderini öldürdü.


Yaxşı ki, terrorist öldü. Yoxsa dünya jurnalistləri nədən yazardılar?..

Günel Həbib

O.M.