NATO qaçqınların ölümünə göz yumdu

NATO qaçqınların ölümünə göz yumdu

9 May 2011 15:51
Bəyəndim (0) Bəyənmədim (0)


"Guardian"qəzeti avropalı və NATO-ya bağlı hərbi vahidlərin kömək çağırışlarını rədd etdiyi onlarla afrikalı qaçqının Aralıq dənizi sularında ölümə tərk edildiyini ortaya çıxarıb. İtaliyanın Lampedusa adasına çatmağa çalışan qaçqınlarla dolu bir gəmi kömək çağırışı etməsinə baxmayaraq 16 gün ərzində Aralıq dənizinin sularında sürünüb. Aralarında qadın, uşaq və siyasi mühacirlərin olduğu 72 nəfəri daşıyan gəmi, keçən ay Liviyanın paytaxtı Tripolidən ayrıldıqdan sonra kömək çağırışı etmək məcburiyyətində qalıb. Gəmi italyan Sahil Təhlükəsizlik qruplarına, bir hərbi vertolyota və bir NATO döyüş gəmisinə kömək siqnalları göndərib. Ancaq heç bir qurtarma cəhdi edilməyib. Açıq sularda tam 16 gün öz başına süründürülən gəmidəki 72 nəfərdən 61-i aclıq və susuzluqdan həyatını itirib. Gəmidən xilas olmağı bacaran 9 nəfərdən biri olan Abukürk, "Hər səhər oyananda daha çox cəsəd tapırdıq, ölənləri dənizə atırdıq" deyib.


Beynəlxalq dənizçilik qanunları, hərbi vahidlər də daxil olmaq üzrə bütün vasitələrin yardım çağırışlarına cavab vermələrini məcburi edir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHRC) spikeri Laura Boldrini, "Aralıq dənizi vəhşi qərb halına gələ bilməz, dənizdə qapalı qalan insanlara kömək etməyənlər cəzalandırılmalıdır" deyib.


"Xilas edənin özü çıxsın, etməyənin gözü çıxsın"


Tofiq Əliyev


O.M