İrandan Ben Laden iddiası!

İrandan Ben Laden iddiası!

9 May 2011 14:24
Bəyəndim (0) Bəyənmədim (0)


İranın Kəşfiyyat naziri Heydər Muslihi Əl-Qaidə lideri Usama Ben Ladenin daha öncə xəstəlikdən öldüyünü və bunu sübut etmək üçün əllərində dəlillərin olduğunu iddia etdi.

Ben Ladenin ölüm xəbərini jurnalistlərlə birlikdə qiymətləndirən iranlı nazir, "Amerikalıların öldürdüyünü iddia etdikləri Ben Laden xəstəlikdən ölüb. Onun əməliyyatdan daha əvvəl öldüyünə dair qəti dəlil, sənəd və məlumatlarımız mövcuddur", - deyə açıqlama verib. Muslihi ABŞ-ın Ben Ladeni öldürdüyünə dair xəbərlərinin sadəcə "ssenari" olduğunu dilə gətirərək əlavə etdi: "Bu yenilik İslam ölkələrində xalq hərəkətlərini alovlandırmaq məqsədini güdür. Ben Ladenin öldürülməsi ssenarisinin əhəmiyyətli bir qismi də Amerikadakı daxili seçkilər və pis iqtisadi şərtləri ört-basdır etməkdir!"

İranda fəaliyyət göstərən silahlı Cundullah təşkilatının lideri Abdulmalik Rig ötən il tutulmuş və onun görüntüləri bütün dünya ilə paylaşılmışdı. İndi Muslih soruşur: "Nəyə görə amerikalılar Ben Ladenin cəsədinin görüntülərini dünyaya təqdim etmirlər?"


Cavabı əldə etmək üçün gərək Ben Ladenlə əlaqə saxlayaq ki, o da Barak Obamadan soruşsun...

Günel Həbib

O.M.