Türkiyədə anım mərasimi olacaq

Türkiyədə anım mərasimi olacaq

7 May 2011 15:50
1 026
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş anma mərasimində iştirak etmək üçün Milli Məclisin deputatları Musa Quliyev, Məlahət İbrahimqızı, Flora Qasımova və Azay Quliyev mayın 9-da Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.


Bahçeşehir Universitetində keçiriləcək tədbirdə millət vəkilləri görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın xoşbəxt gələcəyi naminə gərgin siyasi fəaliyyəti, Ulu öndərə olan ümumxalq sevgisi barədə danışacaq, onunla bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşəcəklər.
Səfər mayın 11-də başa çatacaq.


Tədbirlər başlayacaq və yekunlaşacaq. Ancaq ulu öndərə məhəbbət əbədiyyən qalacaq...

Könül Aypara

O.M.