Müharibə başlayacaq, qiyamət qopacaq

Müharibə başlayacaq, qiyamət qopacaq

7 May 2011 13:24
Bəyəndim (0) Bəyənmədim (0)
Öcalan təhdid etdi


Ömürlük həbs cəzasına məhkum edilən PKK-nın "kapitanı" Abdullah Öcalan vəkili ilə görüşdü. Bu görüşün kiçik xülasəsi isə PKK-a ilə işləyən internet saytlarında yer alıb.

Öcalan vəkilinə, "Kürdlərə qarşı bir təmizləmə əməliyyatının başladığını görürəm. Halbuki, bu, tamamilə bizim danışıqlarımızdan kənardır. Hökumət düzgün mövqedə deyil. Ona görə də zənnimcə, 15 iyun sonuncu tarixdir. Ya bu tarixdən sonra mənalı bir müzakirə dövrü başlayar, ya da böyük bir müharibə start götürər. Qiyamət qopar", - deyə bildirdiyi iddia edilir.


Türkiyə dövlətinin iqtidarına hədə-qorxu gəlmək olar, çünki iqtidarlar gəldi-gedərdi. Ancaq şanlı tarixi olan türk xalqı əbədidir!..

Hafiz Əhmədov

O.M.