Əməliyyat uğurla başa çatdı

Əməliyyat uğurla başa çatdı

7 May 2011 13:16
1 175
Bəyəndim (0) Bəyənmədim (0)
Obama əsgərləri geri çağıracaq


Amerika prezidenti Barak Obama Usama Ben Ladenin öldürülmə əməliyyatında iştirak edən əsgərləri ziyarət etdi. Çıxışında o, Ladenin öldürülməsində Əfqanıstana istiqamətli strategiyalarının işə yaradığını bildirdi. Bundan başqa, "Ağ ev" rəhbəri əsgərlərini Əfqanıstandan çıxartmaq üçün bir plan hazırladıqlarını da dilə gətirdi. Həmin plana əsasən bu yaydan etibarən amerikalı əsgərlər Əfqanıstandan çıxarılacaq.


Xəbərə "Amerika Əfqanıstandan çıxacaq" başlığı da qoya bilərdim. Ancaq bu, mənə nədənsə "şeytan bədəndən çıxacaq" kimi gəldi. Çünki ABŞ əsgərləri özlərindən sonra vətəndaş müharibəsinin ağrı-acılarını, minlərlə günahsız qurbanın göz yaşlarını, fəryadını yadigar qoyub gedəcək...

Günel Həbib

O.M.