Fransa liviyalı diplomatları ölkədən qovur

Fransa liviyalı diplomatları ölkədən qovur

6 May 2011 16:35
Bəyəndim (0) Bəyənmədim (0)


Fransa hökuməti Liviya lideri Müəmmar Qəddafi ilə bağlı 14 liviyalı diplomatın ölkədən çıxarılmasına qərar verdi. Xarici İşlər Nazirliyi tərəfindən verilən məlumata görə, bir ay əvvəl bağlanılan Liviya səfirliyində işləyən 14 "köhnə diplomatın" ən gec 48 saat içində Fransanı tərk etməsi göstərişi verilib. Nazirliyin şərhində 14 liviyalı diplomatın "Persona Non Grata" (arzuolunmaz şəxs) kimi qəbul edildiyi və Fransanı tərk etmələri üçün 48 saat müddətləri olduğu qeyd edilib. Xatırladaq ki, Liviyada vətəndaşları qoruma səbəbi ilə təşkil edilən NATO-nun başçılıq etdiyi hərbi hərəkatın öndə gələn dəstəkçisi Fransa Liviyanın təmsilçisi olaraq bu ölkədəki müxalif qüvvələri tanımışdı.


İndi bu arzuolunmazların yəqin ki, ən böyük arzusu sağ-salamat evlərinə gedib çatmaqdır.

Tofiq Əliyev

O.M.