Əhalinin rifahı yaxşılaşdırılacaq

Əhalinin rifahı yaxşılaşdırılacaq

5 May 2011 15:12
Bəyəndim (0) Bəyənmədim (0)


"Milli Məclisin Sosial siyasət komitəsi cəmiyyətdən gələn sosial sifarişlərə uyğun olaraq qanun yaradıcılığını davam etdirir. Hazırda Milli Məclisin və Əmək və Əhalinin Sosial Müdafiəsinin mütəxəssisləri Sosial Məcəlləsinin hazırlanması üzərində işləri davam etdirirlər". Bu fikirləri parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.


H.Rəcəbli bildirib ki, ölkəmizdə sırf sosial müdafiə ilə bağlı 15-dən artıq qanun fəaliyyətdədir. Onun sözlərinə görə, buraya əlillərin, veteranların, ahıl insanların və çoxuşaqlı ailələrin sosial müdafiəsi ilə bağlı qanunlar daxildir. "Nəzərdə tutulur ki, həmin qanunlar toplanıb bir məcəllədə cəmləşdirilsin. Bu prosesin cari ilin sonuna kimi yekunlaşması gözlənilir"- deyə komitə sədri vurğulayıb.