Prezidentin qızı BMT-dəki işindən çıxarılıb

Prezidentin qızı BMT-dəki işindən çıxarılıb

25 Aprel 2013 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin Cenevrədəki bölməsində Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova ölkəsinin daimi nümayəndəsi kimi təmsil etməyəcək.Bu xəbər Özbəkistanın xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.Bununla yanaşı həmin vəzifənin boş qaldığı müddət göstərilməyib.Məlumata əsasən, bu ilin martınadək o, həmin qurumda təmsilçi vəzifəsini daşıyıb.Aprelin 25-də Cenevrədə BMT-nin Şurasında işçi qrupu Özbəkistanda insan haqlarına dair məsələni müzakirə edəcək.

Xatırladaq ki, Gülnarə Kərimova BMT-də və Cenevrədəki başqa beynəlxalq qurumlarda ölkəsini 2008-ci ilin sentyabrından təmsil edir. 2010-2012-ci illərdə isə o, Özbəkistanın İspaniyadakı səfiri olub.

O.M.