İsmayıllı İcra Hakimiyyətində köhnələr getdi, yenilər gəldi

İsmayıllı İcra Hakimiyyətində köhnələr getdi, yenilər gəldi

25 Aprel 2013 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllı rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri edilib. Lent.az-ın məlumatına görə, rayon icra başçısının birinci müavini Rəfail Əhmədov, müavinləri Rövşən Ağayev və Əzizə Vahabova vəzifədən azad edilib.R.Ağayevin yerinə Talıstan kənd bələdiyyəsinin sədri Mahmud Süleymanov, Ə.Vahabovanın yerinə isə İsmayıllı RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevil Əhmədova təyin edilib. Başçının birinci müavini vəzifəsinə isə müavin vəzifəsindən azad edilmiş Rövşən Ağayev təyin olunub. Məlumata görə, Mahmud Süleymanov başçının müavini olmaqla yanaşı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Sevil Əhmədova İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini də icra edəcək.
Yeni təyin olunmuş müavinləri İsmayıllı RİH başçısı Mirdamət Sadıqov kollektivə təqdim edib və onlar barəsində məlumat verib.Qeyd edək ki, müavin vəzifəsindən azad edilən Ə.Vahabov İsmayıllı YAP-ın sədridir.Onu da qeyd edək ki, İsmayıllı rayonunda bu ilinin yanvarında iğtişaşlar baş verib. Həmin hadisələrlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb və bir neçə nəfər həbs edilib. Həmin vaxt İsmayıllı RİH başçısı olan Nizami Sadıqov isə bir müddət sonra vəzifədən azad edilib.

O.M.