Obamaya zəhərli məktub göndərib, onu öldürmək istədilər

Obamaya zəhərli məktub göndərib, onu öldürmək istədilər

18 Aprel 2013 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ötən gün ona ünvanlanan zəhərli məktub təhlükəsi ilə qarşılaşıb. Rəsmilərinin verdiyi məlumata görə, Təhlükəsizlik Xidməti əməkdaşları prezidentə göndərilən məktubdan şübhələndiklərindən onu dərhal ekspertizaya göndəriblər. Ekspertizanın rəyində Obamaya ünvanlanmış məktubda şübhəli maddə olması üzə çıxıb. Federal Təhqiqat Bürosu bunun ölümcül dərəcədə zəhərli "Ricin" maddəsi olduğunu deyir. Xidmətin məlumatına görə məktub Ağ evin poçtu xüsusi avadanlıqla adi yoxlama zamanı aşkar edilib.
Bundan əvvəl respublikaçı senator Rocer Vikerə də eyni məktub göndərildiyi aşkar edilib. Hakim dairələrin məlumatına görə, həmin məktub Tennessi ştatının Memfis şəhərindən göndərilib. Vəziyyətlə bağlı açıqlama verən Ağ Evin mətbuat sözçüsü Cey Karni hazırda insidentlə əlaqədər istintaq əməliyyatlarının aparıldığını bildiri
"Hazırda Federal Təhqiqatlar Bürosu prezident Barak Obama və senato Racer Uikerə ünvanlanan təhlükəli məktublarla bağlı istintaq araşdırması aparır. Birləşmiş ştatlar təhlükəsizlik xidmətinin məlumatına görə, bir qədər əvvəl məktubda olan maddənin tərkibinin müəyyənləşdirilməsi üçün təhlillər aparılıb. Rəsmilər məktubların iki gün öncə Boston marafonunda baş vermiş partlayışlarla heç bir əlaqasinin olmadığını bildirirlər" – deyə Ağ Evin sözçüsü Cey Karni bildirib.
Qeyd edək ki, şübhəli məktublar, eyni zamanda, Arizona və Miçiqan statlarında da senatların ofislərində aşkarlanıb. Lakin bu barədə hələlik ətraflı məlumat verilmir.

O.M.