”Prezident seçkilərində qalib İlham Əliyev olacaq”

”Prezident seçkilərində qalib İlham Əliyev olacaq”

17 Aprel 2013 14:11
Bəyəndim (0) Bəyənmədim (0)
Deputat Əli Əhmədov partiyanın Yasamal rayon təşkilatının fəalları ilə görüşüb

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, deputat Əli Əhmədov partiyanın Yasamal rayon təşkilatının fəalları ilə görüşüb.Görüş zamanı Ə. Əhmədov bildirib ki, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar YAP mütəmadi olaraq yerlərdə fəallarla görüşlər keçirməyə başlayıb. Ə. Əhmədov deyib ki, YAP-ın prezident seçkilərində namizədi birmənalı olaraq prezident İlham Əliyevdir. O partiyanın bütün təşkilatlarının seçkilərlə bağlı hazırlığa başladığını bildirib və əmin olduğunu bildirib ki, qarşıdan gələn prezident seçkilərində qalib İlham Əliyev olacaq: "Onun qələbəsini Azərbaycan xalqı təmin edəcək və partiya olaraq bizim vəzifəmiz də seçki kampaniyasını yüksək səviyyədə keçirmək, öz töhfəmizi verməkdir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir və onu növbəti dəfə prezident kimi görmək istəyir. İnsanların sosial rifahının artması, iqtisadiyyatın həcminin bir neçə dəfə artması məhz İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Bütün bunlar da bu və ya digər formada xalqın həyat rifahının yaxşılaşmasına təsir edib və xalq növbəti beş ildə də İlham Əliyevi prezident görmək istəyir".
Ə. Əhmədov bildirib ki, YAP seçkilərə geniş və sanballı tərkiblə gedir: "YAP təkcə üzvlərinin sayı ilə deyil, üzvləri arasında ziyalıların, böyük nüfuza malik olan şəxslərin olması ilə də seçilir". YAP-ın sədr müavini qarşıdan gələn seçkilərdə Yasamal rayonundakı partiya fəallarına seyrçi mövqedə dayanmağı yox, fəal təbliğatçıya çevrilməyi tapşırıb.

O.M.