Ramiz Mehdiyev bu gün ad gününü qeyd edir

Ramiz Mehdiyev bu gün ad gününü qeyd edir

17 Aprel 2013 12:06
865
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviri; Azərbaycan Milli Elmlər Akademiyasının akedemiki Ramiz Mehdiyevin doğum günüdür. Onun 75 yaşı tamam olur.

Ramiz Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra "Xəzər neftdonanma"nın idarəsinin gəmilərində maşinist işləyib.1961-ci ildə S.M.Kirov adına ADU-nun tarix fakultəsinə daxil olub. 1965-ci ildə beşinci kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nin tələbə şöbəsinə təlimatçı vəzifəsinə irəli sürülür, 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyib.1968-ci ildə M.V.Lomonosov adına MDU-nun fəlsəfə fakultəsinin aspiranturasına daxil olur. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı disertasiyasını müdafiə edir.1972-ci ildə ADU-nun elmi kommunizm kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyir. 1974-cü ildə Azərbaycan KPMK-nın aparatında təbliğat təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunur.1976-cı ildə Azər.KPMK –nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunur.
1978-ci ildə 26 Bakı komisarı RK-nə birinci katib seçilir.1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir, 1981-ci ilin yanvarında isə Azərbaycan KPMK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin edilir.1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutuna şöbə müdiri işləyir.1993-cü ildən fəlsəfə elmləri doktorudur.1994-cü ilin fevralında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Prezident aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edilir. 2009-cu ildən respublika Konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəridir.Həqiqi Dövlət müşaviridir.2001-ci ildə Nyu-York EA-nın üzvü seçilib.100-dən çox elmi məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlər, müasir Azərbaycan, dövləti və cəmiyyəinin inkişafı və s. mövzularla bağlı).2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilmişdir.2008-ci ildə mart ayında "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" adlı yeni kitabı çapdan çıxıb.

O.M.