Orta Asiyaya qadın əli dəyəcək

Orta Asiyaya qadın əli dəyəcək

16 Aprel 2013 10:02
Bəyəndim (0) Bəyənmədim (0)
Prezidentlər stulları üçün qızlarını hazırlayırlar

İngilis "The Times" qəzeti yazır ki, artıq qocalan və səhhətləri sual altında olan Özbəkistan və Qazaxıstan prezidentləri 75 yaşlı İslam Kərimov və Nursultan Nazarbayev taxt-taclarını qızlarına həvalə etməyə hazırlaşırlar. Xəbərdə 41 yaşlı Gülnarə Kərimova və Dariqa Nazarbayevanın prezident stulunda əyləşmələri ilə Orta Asiyada radikal yenilik olacağı da qeyd olunub.

Müğənni, eyni zamanda da modelyer, BMT-nin ölkəsindəki təmsilçisi olan Gülnarə Kərimovanın siyasətdən heç bir anlayışı olmadığı təqdirdə, Nursultan Nazarbayovun qızı Dariqa ölkədə atasından sonra ən yaxşı siyasətçi kimi tanınır. Qazaxıstan üçün yazılan ssenaridə dörd illik aradan sonra 49 yaşlı opera sənətçisi Dariqa məclisdə yerini alacaq. Onu da xatırladaq ki, prezidentin qızı sonuncu dəfə Moskvada "Bolşoy Teatr"da çıxış edib.

Günel Həbib

O.M.