Etibar Məmmədovun oğlu sədr seçildi

Etibar Məmmədovun oğlu sədr seçildi

15 Aprel 2013 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının yeni sədri seçilib. AMİP mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı qərar partiyanın Gənclər Təşkilatının ötən gün keçirilən konfransında verilib. Konfransda son bir ildə görülən işlərlə bağlı təşkilatın sədri Afsəddin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.
Sonra gündəliyin təşkilatı məsələ hissəsində Gənclər Təşkilatının sədrliyinə namizədlər irəli sürülüb. Ayxan Etibaroğlu və Qəhrəman Sadikovun namizədliyi gizli səsvermə bülleteninə daxil edilib. Keçirilən gizli səsvermənin nəticələrinə görə Ayxan Etibaroğlu AMİP Gənclər Təşkilatının sədri seçilib. Qeyd edək ki, Ayxan Etibaroğlu AMİP lideri Etibar Məmmədovun oğludur.

O.M.