Obama son sözünü söylədi

Obama son sözünü söylədi

5 May 2011 10:26
Bəyəndim (0) Bəyənmədim (0)


Səhər saatlarında xəbər verdiyimiz kimi, Barak Obama Əl-Qaidə liderinin cəsəd şəkillərinin yayımlanmamağına qərar verib.

CBS televiziyasının şərhinə görə, Obama bu televiziyanın 60 dəqiqəlik bir proqramının qonağı olub. Verdiyi müsahibədə o, fotoşəkillərin yayımlanmasına qarşı çıxdığını söyləyib. Xatırladaq ki, veriliş bazar günü efirə gedəcək.


Bütün izlər aradan götürülür: cəsəd suya atılıb, şəkillər göstərilmir. Bəlkə heç Ben Laden öldürülməyib?!.

Günel Həbib

O.M.