Kəmaləddin Heydərovla görüşmək istəyirsinizsə, qeydiyyata tələsin

Kəmaləddin Heydərovla görüşmək istəyirsinizsə, qeydiyyata tələsin

13 Aprel 2013 13:46
983
Bəyəndim (0) Bəyənmədim (0)
Nazir vətəndaşları qəbul edəcək

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sumqayıtda vətəndaşları qəbul edəcək. Oxumeni.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Kəmaləddin Heydərov aprelin 19-da saat 11:00-dan etibarən Sumqayıt şəhərində vətəndaşların qəbulunu həyata keçirəcək.
Qəbulda yalnız Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin inzibati binasında (ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi, 9) həmin gün saat 08:00-dan aparılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.

Əlaqə:

tel: 994 (12) 512-01-14

e-mail: [email protected]

O.M.