Pakistan Əl-Qaidə ilə mübarizədə ABŞ-la əməkdaşlıq etməlidir

Pakistan Əl-Qaidə ilə mübarizədə ABŞ-la əməkdaşlıq etməlidir

5 May 2011 10:09
Bəyəndim (0) Bəyənmədim (0)


Ağ Evin mətbuat katibi Cey Karni ABŞ və Pakistan arasında mürəkkəb və əhəmiyyətli münasibətlərin mövcudluğunu vurğulayaraq "Əl-Qaidə" ilə mübarizədə birgə əməkdaşlığın zəruri olduğunu deyib. Cey Karni ABŞ-ın Pakistanla danışıqları davam etdirdiyini, bununla belə, analoji əməliyyatları gələcəkdə də həyata keçirmək hüququnu özündə saxladığını bildirib. O, bunun hələlik bir ehtimal olduğunu desə də, bu metodun tam effektivliyini və qanuniliyini vurğulayıb. Qeyd edək ki, Əl-Qaidə lideri Ben Laden mayın 2-nə keçən gecə Pakistanın Abbattabad şəhərində gizləndiyi evdə ABŞ-ın xüsusi təyinatlı dəstələri tərəfindən öldürülüb.


ABŞ Yaxın Şərqdə "qorxu ilə ümid arasında" prinsipi ilə iş görür. Bu, imperializmin idarə üsullarından biridir...

Tofiq Əliyev

O.M.