Azərbaycanda dərman vasitələrinin üzərinə nəzarət markası yapışdırılacaq

Azərbaycanda dərman vasitələrinin üzərinə nəzarət markası yapışdırılacaq

12 Aprel 2013 09:55
Bəyəndim (0) Bəyənmədim (0)
İlham Əliyev sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev "Dərman vasitələri haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Qanunda qeyd olunur ki, dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır.
Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində qanunların və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dərman vasitələri haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və prezidentə təqdim etsin. Bundan əlavə, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat versin.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların həmin qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

O.M.