Bu saata olan ən son məlumatlar

Bu saata olan ən son məlumatlar

5 May 2011 09:34
Bəyəndim (0) Bəyənmədim (0)
Reutersin təqdimatında qısa xəbərlərdə


Bu saata olan hadisələr Reutersin təqdimatında qısa xəbərlərdə:


Pakistan - Hələ 2003-2004-cü illərdə Pakistan kəşfiyyatçıları Ben Ladenin yerini müəyyən edərək, ora öz casusunu yerləşdirə bilmişdi.


ABŞ - Çərşənbə günü Barak Obama Ben Ladenin cəsədinin şəkillərini ictimaiyyətə göstərməmək haqda qərar qəbul edib. Bu, insanları qisasa və təbliğata təhrik etməmək üçün edilib.


Suriya - Bəşər Əsəd üsyanları yatırtmaq üçün daha böyük sayda hərbi qüvvələrlə həmlələrə keçib.


Niderland - Çərşənbə günü Hollandiyanın paytaxtındakı avtosalonda atışma zamanı ölən və yaralananlar var. Polis 5 nəfəri tutub.


İtaliya - Cümə axşamı günü bir yerə toplanan NATO dövlətlərinin nazirləri Liviya müxalifəti üçün maliyyə mənbəyi axtarıblar. Belə ki, müxalifət düşərgəsində tibb ləvazimatları, ərzaq və sair həyati məhsulların qıtlığı yaşanır.


B.Britaniya - Böyük Britaniya Suriya mitinqlərinin dağıdılması məsələsini BMT-nin müzakirəsinə çıxarmaq istəyir.



Tunis - Tunisdə devrilmiş prezidenti və onun xanımını dinc mitinqlərdə gücdən istifadə etmə ittihamı ilə məhkəməyə verməyə hazırlaşırlar.



Dünya fırlandıqca nehrə sindromu ilə yağı üzə çıxır...

Hafiz Əhmədov

O.M.