Prokuror Liviya zorakılıqlarında məsuliyyət daşıyanların həbs edilməsinə çağırıb

Prokuror Liviya zorakılıqlarında məsuliyyət daşıyanların həbs edilməsinə çağırıb

5 May 2011 09:32
Bəyəndim (0) Bəyənmədim (0)


Liviyada üsyançıların nəzarəti altındakı liman şəhəri Misrata Müəmmar Qəddafiyə sadiq qüvvələrin qumbara atəşinə tutulub. Hücumun yardım təşkilatlarının minlərlə miqrantı və yaralını şəhərdən çıxarmağa çalışarkən həyata keçirildiyi xəbər verilir. Üsyançıların nümayəndəsinin dediyinə görə, hücum zamanı azı beş nəfər həlak ölüb.

Yeri gəlmişkən, beynəlxalq prokuror Liviya hökumətinin üzvlərinə qarşı müharibə cinayətləri ittihamları ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasında iclas keçirməyi planlaşdırır. Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno-Okampo Liviyaya son səfəri zamanı fevral ayından, hökumətə qarşı etirazlar başlanandan bəri həyata keçirilən zorakılıqlarla bağlı ciddi dəlillər əldə etdiyini deyib. Okampo idarəsinin açıqlandığı bəyanatda prokurorların hakimlərdən zorakılıqlarda məsuliyyət daşıyanların həbs edilməsinə dair order vermələrini istəyəcəklərini deyib.


Kimin nə deməyindən asılı olmayaraq liviyalılar bir-birini qırır, Qərb qüvvələri də hər ikisini...

Tofiq Əliyev

O.M.