İran prezidenti yenə bəyanat verib

İran prezidenti yenə bəyanat verib

4 May 2011 17:00
Bəyəndim (0) Bəyənmədim (0)


İran prezidenti yenidən əsəbləri tarıma çəkən bəyanat verib. Kütlə qarşısında çıxış edən Mahmud Əhmədinejatın hədəfi bu dəfə də İsrail dövləti olub.


Belə ki, Əhmədinejat, "Düşmənlərin ölkədəki bəzi daxili məsələlərlə sui-istifadə etməsinə əsla imkan verməyəcəyik. Şübhəsiz, o adamlar ki əllərinə fürsət düşdüyünü və İran xalqına, inqilaba və onun iradəsindən yaranmış quruluşa zərbə endirə biləcəklərini güman edirlər, mütləq peşman olacaq və artıq neçənci dəfə kobud səhvə yol verdiklərinə əmin olacaqlar", - deyib.

O, "vilayəti-fəqir" nəzəriyyəsinin imam Xomeyninin düşüncəsinin ana xəttini təşkil etdiyini vurğulayıb. İsraili tənqid atəşinə tutan Əhmədinejat nitqində, "İran İslam Respublikasının banisi "vilayəti-fəqir" əsasında kapitalizm və marksizmə əsaslanan quruluşlar müqabilində dövləti idarə etməyin yeni metodunu işləyib-hazırladı. Bu elə bir metoddur ki, bizim etiqadlarımızın dərinliyindən gəlir və bizi peyğəmbərlər tərəfindən bəşəriyyətə hədiyyə olunmuş ilahi düşüncələrlə bağlayan halqadan yaranıb. İnqilabın böyük rəhbəri mənim prezidentliyim dövründə həmişə hökumətə aydın zehin, iti zəka və tam diqqət ilə kömək və rəhbərlik edir və onu istiqamətləndirir. Biz öz əqidəmizə görə məntiqi və elmi əsaslarla istibdad və sionizmin əsaslarına qarşıyıq. Hamı əmin ola bilər ki, Əhmədinejad istibdadın və sionist rejimin məhvinədək onlara qarşı mübarizə aparacaq" söyləyib.


Tanrımız hamı üçün bir və təkdir. Ancaq nədənsə biz insanlar dinlərə, irqlərə, düşmən cəbhələrə bölünürük...

Hafiz Əhmədov

O.M.