İlham Əliyevi dünya "İlin adamı" seçdi

İlham Əliyevi dünya "İlin adamı" seçdi

4 Aprel 2013 15:45
Bəyəndim (0) Bəyənmədim (0)
Prezident son illərdə Azərbaycanın inkişafına görə bu mükafata layiq görülüb

Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı Azərbaycan prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan edib. Prezident İlham Əliyev "İlin adamı" mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, "Azərspace" ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülüb.

O.M.