Liviyadakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə olunub

Liviyadakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə olunub

4 May 2011 17:05
Bəyəndim (0) Bəyənmədim (0)


BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Abdelila əl-Xətib bildirib ki, Liviya hökuməti və müxalifəti ölkədə atəşkəsin əldə olunmasının vacibliyi ilə razılaşsalar da, tərəflər arasında onun şərtləri ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Əl-Xətibin sözlərinə görə, Liviya hökuməti istənilən sülh razılaşmasının NATO-nun hücumlarına son qoyulması ilə müşayiət olunmasını istəyir.

"Liviya hökuməti NATO-nun hücumları dayandırılacağı halda, seçki, demokratik və konstitusiya islahatları keçirmək barədə müzakirələr aparmağa hazır olacağını açıqlayıb. Eyni zamanda Keçid Milli Şurası qeyd edib ki, polkovnik Qəddafi və onun ailəsi Liviyanı tərk etməyincə, atəşkəsin bu ölkədə münaqişəyə son qoyulmasında heç bir təsiri olmayacaq. Müxalifət nə Qəddafi, nə də onun ailəsi ilə heç bir danışıqların aparılmayacağına aydınlıq gətirib." - BMT-nin Liviya üzrə nümayəndəsi belə deyib. Bu arada Liviya hökuməti xalqın əsas ehtiyaclarının təmin olunması üçün dondurulmuş hesabların yenidən açılmasını xahiş edib.


Məşhur nağılda olduğu kimi, keçi ilə canavar dəmirçinin yanına gedirlər. Ardını isə özünüz bilirsiniz...

Tofiq Əliyev

O.M.