Prezident Ukraynaya gedir

Prezident Ukraynaya gedir

3 Aprel 2013 13:42
Bəyəndim (0) Bəyənmədim (0)
Danışıqların yekunu olaraq iki ölkə arasında bir sıra sənədlər imzalanacaq

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfərə gedəcək. Bu barədə jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib. Onun sözlərinə görə, bu ilin sonuna planlaşdırılan səfər çərçivəsində keçiriləcək görüşlərdə iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi, regional əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq. Danışıqların yekunu olaraq iki ölkə arasında bir sıra sənədlər imzalanacaq. Bundan əlavə, həmin dövrdə Azərbaycan-Ukrayna Prezidentləri Şurasının dördüncü iclası, həmçinin Hökumətlərarası birgə İqtisadi Komissiyanın iclası keçiriləcək. Xatırladaq ki, Azərbaycan-Ukrayna Prezidentləri Şurasının sonuncu iclası 2011-ci ilin aprelində olub.

O.M.