Prezidentin qızı səfir göndərilir

Prezidentin qızı səfir göndərilir

2 Aprel 2013 14:00
708
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya hökuməti ABŞ-ın Tokiodakı səfirinin mərhum prezident Con Kennedinin qızının olacağını faktiki olaraq, təsdiq edib. Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Esixide Suqa bildirib. Onun sözlərinə görə, təyinat haqqında hələ ki, heç bir rəsmi məlumat açıqlanmayıb: "Düşünürəm ki, bu böyük hadisə olacaq və bizim ABŞ-la olan əlaqələrimizi genişləndirəcək". Bir müddət öncə hakim Demokratlar Partiyası məlumat yayıb ki, 55 yaşlı Kerolayn Kennedi artıq bu posta təsdiqlənib. Təyinat rəsmiləşdiyi halda Kerolayn Kennedi ABŞ-ın Yaponiyadakı ilk qadın səfiri olacaq.
Qeyd edək ki, Con Kennedi 1963-cü ildə qətlə yetirilən zaman Kerolaynın 5 yaşı olub. O, hüquq təhsili alsa da, yazıçı və bir sıra qeyri-kommersiya təşkilatlarının rəhbəri kimi tanınır. Xanım Kennedi prezident Barak Obamanı 2008-2012-ci il seçki kampaniyalarında aktiv şəkildə dəstəkləyib. O, Nyu-York senatoru olmaq uğrunda mübarizəyə qoşulub, lakin son anda namizədliyini geri çəkib. Məlumat üçün bildirək ki, hazırda ABŞ-ın Yaponiyadakı səfiri postunu Kaliforniyadan olan keçmiş biznesmen və Obamanın yaxın dostu Con Rus tutur.

O.M.