Müdafiə Nazirliyi Ermənistanın peşəkar snayperləri ön cəbhəyə yerləşdirməsinə münasibət bildirib

Müdafiə Nazirliyi Ermənistanın peşəkar snayperləri ön cəbhəyə yerləşdirməsinə münasibət bildirib

4 May 2011 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

"Erməni əsgərlərinin aprelin 29-da mübahisə zəminində bir-birlərini güllələmələrindən Ermənistanda hamı xəbərdardır və bu təşviş getdikcə genişlənir. Bununla bağlı biz öz mövqeyimizi bildirmişik. Deyəcək başqa sözümüz yoxdur. Ancaq hərbi hissədəki qanlı insident Ermənistanda vəziyyəti çox mürəkkəbləşdirib". Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu son günlər Ermənistan Silahlı Qüvvələrinin peşəkar snayperlərini cəbhə xəttinin ön nöqtələrinə yerləşdirməyə başlaması ilə bağlı münasibət bildirərkən deyib. E. Sabiroğlunun fikrincə, məsələni daxili proseslərdən yayındırmaq üçün Ermənistanın siyasi və hərbi rəhbərliyi sadə camaatı inandırmağa çalışır ki, əsgərləri özləri deyil, Azərbaycan Ordusu öldürüb: "Bu işdə hökumətə yaxın ekspertlər, parlament üzvləri daha çox fəallıq göstərirlər. Bəzi ağılsızlar bildirirlər ki, üç erməni əsgəri yerinə ən azı 10-15 Azərbaycan əsgəri öldürülməlidir ki, əvəz alınsın. Hətta bir axmaq politoloq qeyd edir ki, onları əhalisi az olduğuna görə, belə əvəz almaqla vəziyyəti balanslaşdırmaq olar. Görün bu ağılsızlar nəyə ümid edirlər?" Polkovnik-leytenant təmas xəttində hər bir hərəkət və yerdəyişmənin Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altında olduğunu vurğulayıb: "Düşmənin hər hansı müdaxiləsinin qarşısını almaq üçün Azərbaycan Ordusu istənilən ekstremal vəziyyətə və adekvat cavaba hazırdır".

Ermənilər bilməlidir ki, bir azəri övladı bütün erməni xalqından dəyərlidir.

Tofiq Əliyev

O.M.