"Serjik, davay do svidaniya!"

"Serjik, davay do svidaniya!"

28 Fevral 2013 11:30
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistan ortadan çatlayır

Ermənistanın paytaxtı İrəvan şəhərində siyasi vəziyyət gərginləşməkdədir. İş o yerə çatıb ki, bu şəhərdə prezident seçkilərinin nəticələrinə etiraz edənlərlə dəstəkləyənlər arasında əlbəyaxa da baş verir. Belə hadisələrdən biri İrəvan Dövlət Universitetində yaşanıb. Universitetin bir qrup tələbəsi tətilə başlayıb.
Oxumeni.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, tələbələr Ermənistanda 18 fevral tarixində keçirilən prezident seçkisinin nəticəsini saxtalaşdırıldığını bildirirlər. Erməni tələbələrə bir qrup vətəndaş fəalları da qoşulub.
Aksiya iştirakçıları prezident seçkisinin nəticələsinin qeyri-qanuni elan edilənədək etirazlarını davam etdirəcəklərini bəyan ediblər. İrəvan Dövlət Universitetinin bir qrup tələbə və müəllim heyəti isə tətilə etiraz əlaməti olaraq aksiya keçiriblər. Tərəflər bir-birlərini söyərək, təhqir ediblər. Bundan sonra vəziyyət gərginləşib. İki qrup arasında əlbəyaxa davanın baş verdiyi bildirilir. Hüquq-mühafizə orqanları əməkdaşları insident iştirakçılarını çətinliklə sakitləşdiriblər.
Bu hadisə Ermənistan cəmiyyətində parçalanma və xaosun hökm sürdüyünü bir daha sübut edir. Belə demək mümkünsə Ermənistan artıq çat verir. İstər yerli ekspertlər, istər Rusiya ekspertləri isə bu çatın daha da dərinləşəcəyi proqnozlaşdırırlar.

O.M.