MN:"Silahlı Qüvvələrimiz Ermənistanın Qarabağda yerləşdirdiyi ordunu silib süpürəcək"

MN:"Silahlı Qüvvələrimiz Ermənistanın Qarabağda yerləşdirdiyi ordunu silib süpürəcək"

27 Fevral 2013 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən bütün hadisələrin səbəbi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməməsidir. Məlumata görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib. "Ermənistan bütün təmas xətti boyu atəşkəsi pozur. Azərbaycan Silahlı Qüvvələri də buna layiqli cavab verir. Çox təəssüf ki, təmas xəttində atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən itkilər, yaralananlar da olur. Bu da qaçılmazdır. Hesab edirəm ki, bütün bu hadisələrin baş verməsi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməməsidir", - Sabiroğlu bildirib.
O vurğulayıb ki, Ermənistan 20 ildir işğal altında saxladıqları torpaqlardan tezliklə getməlidir. "Bir gün gələcək ki, Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi ordunu silib süpürəcəyik", - Sabiroğlu deyib.
O vurğulayıb ki, Ermənistan çox da fəxr etməsin ki, özü təklikdə Azərbaycan torpaqlarını işğal edib. Bu, əsla belə deyil. İşğalçı ölkənin havadarları onlara maksimum kömək göstəriblər. "Azərbaycanın Silahlı Qüvvələri dövlətini, millətini qorumaq üçün kifayət qədər gücə malikdir", - Sabiroğlu qeyd edib.

O.M.