Bahar Muradova "Ağ Ev"i tənqid etdi

Bahar Muradova "Ağ Ev"i tənqid etdi

26 Fevral 2013 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclis sədrinin müavini Bahar Muradova "Ağ Ev"in saytında Xocalı soyqırımı ilə bağlı yerləşdirilən petisiyaya münasibət bildirilməməsi ilə bağlı mövqeyini açıqlayıb.
"ABŞ prezidenti Barak Obamanın "Ağ Ev"in rəsmi saytında Xocalı soyqırımının tanınması ilə bağlı yerləşdirilən və yüz mindən çox imza toplayan petisiyaya münasibət bildirməməsi qaydalara ziddir, yolverilməzdir. Əgər belə bir qayda varsa, Barak Obama buna əməl etməli, soyqırıma münasibət bildirməli idi". Məlumata görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bütün bunlara baxmayaraq, hər halda biz öz işimizi davam etdirməliyik və ruhdan düşməməliyik, Xocalı soyqırımı ilə bağlı təbliğat davamlı olaraq aparılmalıdır.

O.M.