Bank hesabları donduruldu

Bank hesabları donduruldu

3 May 2011 14:53
Bəyəndim (0) Bəyənmədim (0)


İsveçrə hökuməti, Misirin keçmiş prezidenti Hüsnü Mübarək, Tunisin keçmiş dövlət başçısı Zeynalabdin Bin Ali və Liviya lideri Müəmmar Qəddafi ilə bağlantılı olduğu düşünülən bəzi bank hesabların dondurub.

Bu hesablardan hər cür pul transferi bloka salınıb. Açıqlamaya görə Qəddafi və onunla bağlantılı insanların hesablarında 400 milyon dollardan çox vəsait təsbit edilib.

H. Mübarək ilə bağlantılı 474 milyon dolar, Bin Ali ilə bağlantılı isə 70 milyon dollar tutarında hesab olduğu açıqlanıb.

Xatırladaq ki, İsveçrə hökuməti, Bin Ali və Mübarəkin hesablarını bir-biri ardınca yanvar və fevral aylarında dondurmuşdu. Qəddafinin hesabları da artıq bu siyahıya daxil edilib.


Pulun var, dərdin var deyirlər. Bu da çox pulu olmağın sonu, ad da getdi, pul da getdi.

Tofiq Əliyev.