Serj Sarkisyan xalqa və öz komandasına təşəkkür edib

Serj Sarkisyan xalqa və öz komandasına təşəkkür edib

19 Fevral 2013 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda keçirilən prezident seçkilərində 58,64% səs toplayaraq yenidən bu vəzifəyə seçildiyi açıqlanan Serj Sarkisyan ölkə ictimaiyyətinə və öz komandasına müraciətlə çıxış edib. Oxumeni.az-ın "Armenia today" saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyan bildirib ki, bu seçki erməni xalqının ən məsuliyyətli anlarda birləşərək düzgün qərarlar qəbul edə bildiyini göstərib: "Bu seçkilər çox vacib idi və ölkə vətəndaşları rifah yolunu seçdilər. Mən bu yolda hər bir erməni ilə birlikdə olacağım üçün qürurluyam. Öz komandama təşəkkür edirəm və onlarla qürur duyuram. Bu cür komanda üçün yerinə yetirilməsi qeyri-mümkün olan vəzifə yoxdur. Mən öz rəqiblərim Raffi Ovannisyan, Qrant Baqratyan və Paruyr Ayrikyana da təşəkkür edirəm, onlar Ermənistanın siyasi həyatına dəyişiklik edə bildilər və səmimi olaraq deyirəm ki, onlarla rəqabət mənim üçün şərəf idi. Ümid edirəm ki, mənə səs verməyənlər çoxluğun seçiminə anlayışla yanaşacaq və biz stabil bir atmosferdə Ermənistanı – öz vətənimizi birlikdə inkişaf etdirəcəyik". Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası Serj Sarkisyanın 58,64%, onun əsas rəqibi, "İrs" Partiyasının lideri Raffi Ovannisyanın isə 36,75% səs aldığını açıqlayıb.

O.M.