Serj Sərkisyan 58,64% səslə yenidən Ermənistan prezidenti seçilib

Serj Sərkisyan 58,64% səslə yenidən Ermənistan prezidenti seçilib

19 Fevral 2013 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Mərkəzi Seçki Komissiyası prezident seçkilərində təşkil olunmuş 1988 seçki məntəqəsinin hamısından gələn nəticələrin sayıldığını bildirib. Alınan nəticələrə görə, hazırkı prezident Serj Sərkisyana seçicilərin 861 min 167 nəfəri, yəni 58,64%-i səs verib. Beləliklə Sərkisyan seçkilərdə qalib gəlib. İkinci yerdəki Raffi Ovanisyanın 36,75% səsi var. Xatırladaq ki, gecə saatlarında tərəfdarları qarşısında etdiyi çıxışında R.Ovanisyan seçkilərdə qalib gəldiyini bəyan edib. Üçüncü yerdə keçmiş baş nazir Raffi Ovanisyan qərarlaşıb – 2,15%. "Milli özünüdərk" birliyi" partiyasının lideri Paruyr Ayrikyan 1,23%, "Radio Hay"ın rəhbəri Andrias Qukasyan 0,57, eposşünas Vardan Sedrakyan 0,42% və qondarma "Dağlıq Qarabağ Respublikasının keçmiş xarici işlər naziri" Arman Melikyan 0,24% səs toplayıblar. Ermənistanda keçirilmiş prezident seçkilərində seçicilərin 60,05%-i, yəni 1 milyon 518 min nəfər iştirak edib.

O.M.