Türkiyəli yazıçılardan Ə.Əkrəmə dəstək gəldi

Türkiyəli yazıçılardan Ə.Əkrəmə dəstək gəldi

15 Fevral 2013 13:32
Bəyəndim (0) Bəyənmədim (0)
Ə.Əylisli müdafiə olunacaq

Türkiyənin Yaşıllar və Sol Gələcək Partiyası yazıçı Əkrəm Əylisliyə dəstək olmaq üçün görüş təşkil edib. Məlumata görə, bununla bağlı fevralın 13-də İstanbul restoranlarından birində ziyalılar, yazıçılar, şair və tələbələrin iştirakı ilə görüş keçirilib. Türkiyədə yaşayan azərbaycanlı ziyalılarının yazıçı Əkrəm Əylislinin müdafiəsini təmin etmək üçün bu gün İnsan Haqları Assosiasiyasının İstanbul ofisinə, həmçinin buradakı Azərbaycan səfirliyinə müraciət edəcəyi bildirilir. Məşhur publisist, yazıçı və hüquq müdafiəçisi Raqib Zarakoğlu beynəlxalq ictimaiyyəti Əylisliyə dəstək olmağa çağırıb.

O.M.