Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin növbəti plenar iclası keçirilir

15 Fevral 2013 12:18
Bəyəndim (0) Bəyənmədim (0)
Qızğın müzakirələr olacaq

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. Xəbərə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 9 məsələ, o cümlədən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi" daxildir. İclasda "İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının nizamnaməsinin təsdiq edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Dini etiqad azadlığı haqqında" qanunlara, habelə Ticarət Gəmiçiliyi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsi də müzakirə ediləcək.

O.M.