Serj Sarkisyan: "Xankəndi hava limanı mütləq işə düşəcək"

Serj Sarkisyan: "Xankəndi hava limanı mütləq işə düşəcək"

13 Fevral 2013 14:02
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda prezidentliyə növbəti dəfə namizədliyini irəli sürən Serj Sarkisyan İrəvan-Xankəndi reysinin ilk sərnişinlərindən biri olmağa hazırdır. Oxumeni.az erməni mətbuatına istinadən verdiyi məlumata görə, o bu haqda seçicilərilə görüşündə danışıb. Sarkisyan deyib ki, Xankəndi hava limanı mütləq istifadəyə veriləcək: "Bu haqda heç şübhə də ola bilməz. Hava limanı istifadəyə veriləcək. İndi ancaq texniki məsələlər qalıb, tezliklə onlar da həll olunacaq".

O.M.