Deputatlar Gürcüstana gedir

Deputatlar Gürcüstana gedir

13 Fevral 2013 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Millət vəkilləri Qənirə Paşayeva, Asim Mollazadə və Ceyhun Osmanlı Avronest PA-nın iclasında iştirak etmək üçün bu gün Gürcüstana yola düşürlər. Oxumeni.az xəbər verir ki, Milli Məclisin deputatları Qənirə Paşayeva, Asim Mollazadə və Ceyhun Osmanlı Avronest PA-nın Siyasi komitəsinin iclasına qatılmaq üçün fevralın 13-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfərə yola düşəcəklər.
İclasda "Şərqi Avropadakı tərəfdaş ölkələrdə regional təhlükəsizlik çağırışları" mövzusunda məruzə layihəsi təqdim olunacaq. İki gün davam edəcək ilkin müzakirələrdə deputatlarımız rəy və təkliflərini bildirəcəklər. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti üzvlərinin də daxil olduğu Avronest PA nümayəndə heyətinin üzvlərinin Gürcüstan Prezidenti M.Saakaşvili, Baş naziri Bidzina İvanişvili, Parlament sədri David Usupaşvili ilə görüşləri nəzərdə tutulub.

O.M.