“Qarşılıqlı etimad, inam və dəstəyə əsaslanan münasibətlərimiz, həmçinin ortaq mənəvi dəyərlərimizdən güc alır"

“Qarşılıqlı etimad, inam və dəstəyə əsaslanan münasibətlərimiz, həmçinin ortaq mənəvi dəyərlərimizdən güc alır"

11 Fevral 2013 09:32
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan prezidenti İranın İnqilab günü münasibətilə Mahmud Əhmədinejadı təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının milli bayramı – İnqilab günü münasibətilə bu ölkənin prezidenti Mahmud Əhmədinejada təbrik məktubu göndərib. Xəbərə görə, məktubda tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlar arasındakı münasibətlərin xoş ənənələrinin bu gün də davam etməkdə olduğu qeyd edilib: "Qarşılıqlı etimad, inam və dəstəyə əsaslanan münasibətlərimiz, həmçinin ortaq mənəvi dəyərlərimizdən güc alır. Əminəm ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında belə möhkəm təməllər üzərində qurulmuş münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün gözəl zəmin olacaq".

O.M.