İşgəncələr işə yaradı

İşgəncələr işə yaradı

3 May 2011 11:54
Bəyəndim (0) Bəyənmədim (0)


Amerikalı səlahiyyətlilərə Ben Ladenin Pakistandakı yerini söyləyən satqının 11 sentyabr hadisələrində adı keçən Xalid Şeyx Məhəmməd olduğu söylənilir. Məhəmmədin ifadəsi alınan dönəmlərdə onun tam 183 dəfə "suda boğulma hissi yaratma" (voterboaring) işgəncəsinə məruz qaldığı bildirilir. Məhəmməd bu və digər işgəncələrə tab gətirməyərək, illərdir davam edən ovun son ipucunu verdi. O, Ben Ladenin yanında işləyən və ona güvənən kuryeri haqda məlumat verdi.


Bəzi məhkumların uzun-uzadı mənəvi və fiziki işgəncəyə məruz qalmasının ardından Usama barəsində məlumatlar sızdırması CİA-çılar arasında müzakirəyə səbəb olub. Mütəxəssislər indi, "Bu işgəncələr olmasaydı, Əl-Qaidə liderlərinin izini tapa bilərdikmi?" - sualının cavabını axtarır.


Axtaran tapar...

Günel Həbib

O.M.