Xocalı bizi səsləyir!

Xocalı bizi səsləyir!

9 Fevral 2013 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

"Ağ ev"in saytında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, qaçqınlar və məcburi köçkünlər məsələsinin Konqresin gündəliyinə salınması barədə ABŞ prezidenti Barak Obamaya müraciət yerləşdirilib. Müraciətin mətnində Azərbaycan ərazilərinin 20%-nin uzun illər ərzində Ermənistan tərəfindən işğal olunması, BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən yerinə yetirilməyən 4 qətnaməsi (№ 822, 853, 874, 884), həmçinin erməni təcavüzündən əziyyət çəkən yüz minlərlə qaçqın və məcburi köçkünlər haqqında yazılıb. Biz də öz oxucularımızı həmin müraciətə imza atmağa dəvət edirik. Müraciət yanvarın 23-də yayımlanıb və tələb olunan 100 000 imzadan 5500-ü artıq toplanıb. Ağ Evin saytındakı müraciətə imza atmaq üçün sadə qeydiyyat proseduru tələb olunur. Bu, sizin bir neçə dəqiqədən artıq vaxtınızı almayacaq.

O.M.