Parlament gələn həftə toplanır

Parlament gələn həftə toplanır

7 Fevral 2013 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin yaz sessiyasının ikinci iclası gələn həftə keçiriləcək. Bunu parrlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, fevralın 12 keçiriləcək plenar iclasın gündəliyinə 10-na yaxın məsələ - "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Dini etiqad azadlığı haqqında" qanunlara, habelə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi məsələləri daxildir. O deyib ki, bununla yanaşı, deputatlar Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun illik məruzəsi dinləniləcək. Həmçinin "İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının nizamnaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsi, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklər və "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə ediləcək.

O.M.