Artıq bu ölkə də eynicinslilər nikah masasına otura biləcəklər

Artıq bu ölkə də eynicinslilər nikah masasına otura biləcəklər

6 Fevral 2013 10:59
Bəyəndim (0) Bəyənmədim (0)
Böyük Britaniya parlamentində müvafiq qanun qəbul edilib

Fransanın ardınca, Böyük Britaniya da eynicinsli nikahları qanuniləşdirib. Britaniya parlamentinin aşağı palatası eynicinsli nikahlar haqqında qanun layihəsini təsdiqləyib. Baş nazir Devid Kemeronun təşəbbüsü ilə hazırlanan qanun layihəsinin lehinə 400, əleyhinə isə 175 deputat səs verib. Eynicinsli nikahların leqallaşdırılmasının lehinə səs verənlərin əksəriyyəti Liberal-demokratlar və Leyboristlər partiyalarının üzvləri olub. Qanun layihəsinə qarşı çıxanlar isə, əsasən, Mühafizəkarlar partiyasının nümayəndələri olub. Eyni zamanda, Anqlikan kilsəsi xəbərdarlıq edib ki, nikahın tərifinin "iki şəxsin ittifaqı" olaraq dəyişdirilməsi nikahın kişi və qadın arasında ittifaq olaraq dini əsaslarına zərbə vurur. Qeyd edək ki, fevralın 3-də eynicinsli nikahları qanuniləşdirən qonşu Fransada isə hazırda bu cür cütlüklərin övladlığa uşaq götürmələrinə icazə verilməsi məsələsi parlamentdə müzakirə olunur.

O.M.