Gülər Əhmədova MM-də əvəz olundu

Gülər Əhmədova MM-də əvəz olundu

1 Fevral 2013 13:21
Bəyəndim (0) Bəyənmədim (0)
Sabiq deputatın yerinə Məlahət İbrahimqızı seçilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İntizam komissiyası və Hesablayıcı komissiyasının yenidən təşkili məsələləri müzakirə olunub. Məlumata görə, komissiyaların tərkibi yalnız bir nəfər istisna olmaqla yenidən təsdiqlənib. İntizam Komissiyasında deputat mandatı ləğv edilmiş Gülər Əhmədovanın yerinə deputat Məlahət İbrahimqızı seçilib. Qeyd edək ki, İntizam komissiyasına deputatlar Fəttah Heydərov, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyeva, hesablayıcı komissiyaya isə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxildir. Hər iki məsələ səsə qoyularaq təsdiqlənib.

O.M.