İlham Əliyev açılış mərasimində iştirak edib

İlham Əliyev açılış mərasimində iştirak edib

1 Fevral 2013 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin yeni yarımstansiyaları və inzibati binalarının açılışında iştirak etmişdir. Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak еtmiş, həmçinin videokonfrans vasitəsilə Nəsimi rayonundakı 117 nömrəli, Suraxanı rayonundakı "Hövsan", Binəqədi rayonundakı 207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki 102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların, eləcə də Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Yasamal rayonları idarələrinin inzibati binalarının və Nəzarət Departamentinin ofisinin açılış mərasimləri olmuşdur.

O.M.