Türkiyə səfirini geri çağırdı

Türkiyə səfirini geri çağırdı

2 May 2011 17:58
Bəyəndim (0) Bəyənmədim (0)


Türkiyə Trablusdakı səfirliyinin işçilərini geri çağırıb. Türkiyə mətbuatının verdiyi xəbərə görə, xarici işlər naziri Əhməd Davudoğlu bu barədə açıqlama verib. O, səfirlik işçilərinin hazırda Tunisdə olduğunu bildirib. Nazir Davudoğlu Liviyada son vaxtlar təhlükəsizlik şərtlərinin dəyişməsi ilə bağlı olaraq dünən gecə vacib qərar aldıqlarını və Trablusdakı Türkiyə səfirliyinin əməkdaşlarının müvəqqəti olaraq geri çağırıldığını bildirib.


Dolayısı ilə Liviya müxalifətini dəstəkləyən rəsmi Ankara və onun Liviyadakı elçiləri çoxdan bəri Qəddafi rejimi üçün arzuolunmaz şəxslər idi.


Tofiq Əliyev


O.M.