Süleyman Dəmirəlin dəhşətli sirri açıldı

Süleyman Dəmirəlin dəhşətli sirri açıldı

4 Aprel 2011 15:56
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, onun qızı ölüb

"Zaman" qəzetinin əməkdaşı Ömər Şahinin ortaya atdığı iddiaya görə, siyasət dünyasında "Ata" ləğəbiylə tanınan Süleyman Dəmirəlin uşağının olmaması reallıqdan uzaqdır.

Xəbərə görə, türk siyasətinin ən əhəmiyyətli şəxsiyyətlərindən olan Dəmirəl Nəzmiyə xanımla evləndikdən sonra bu nikahın ilk illərində bir qız uşağı dünyaya gəlib. Ancaq uşaq doğumundan iki il sonra ölüb. Uşağın hansı səbəbdən öldüyü isə sirr olaraq qalmaqdadır. 1948-ci ildə evlənən və 62 ildir evli olan Nəzmiyə-Süleyman Dəmirəl cütlüyünün uşaqlarının olmaması evin xanımının 1951-ci ildə keçirdiyi qızdırmalı xəstəlik olaraq göstərilir. "Zaman" qəzetindəki xəbərə görə, Dəmirəl ailəsinin yaxınlarından sızan bu böyük sirr haqda dahi siyasətçi hər hansı bir şərhə ehtiyac duymadı.

Bu təəccüblü iddianın mərkəzindəki ad - Süleyman Dəmirəl illər boyunca Türkiyənin siyasət səhnəsinin ən qalıcı, ən rəngli və ən çox müzakirə edilən siması idi.

O.M.