Siyasi liderlər Ben Ladenin ölümü haqda

Siyasi liderlər Ben Ladenin ölümü haqda

2 May 2011 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Əl-Qaidə liderinin öldürülməsinə bütün dünya liderlərindən müxtəlif mesajlar gəlir.

ABŞ prezidenti Barak Obama

Bu axşam Amerikan xalqına və dünyaya qarşı amansız terror hadisələri yaşadan və minlərcə günahsız kişi, qadın və uşaqların ölümünə səbəb olan Əl-Qaidə lideri Usama Ben Laden öldürüldü. Ben Laden ölkəmizə, dostlarımıza və müttəfiqlərimizə qarşı cinayətlər törətdi. Ben

Ladenin məhv edilməsi bu günə qədər etdiyimiz ən uğurlu işlərdən biridir.

ABŞ-ın keçmiş prezidenti Corc Buş

Bu şok uğur Amerika üçün, dünyada sülhün izndə olan insanlar üçün və 11 sentyabr 2001-ci ildə doğmalarını itirən hər kəs üçün bir zəfərdir.

Bill Klinton

Bu, sadəcə 11 sentyabrda, ya da Əl-Qaidənin digər hücumlarında həyatını itirən insanların ailələri üçün deyil, uşaqlarımız üçün dünyada sülh və azadlığa söykənən gələcək qurmaq istəyən insanlar üçün də son dərəcə önəmli bir andır.

İngiltərə baş naziri David Kameron

Usama Ben Ladenin ölüm xəbəri ilə dünya xalqları rahat bir nəfəs aldı. Ben Laden dünyanın qarşılaşdığı ən qorxunc terror hadisələrinin səbəbkarıdır. Ben Ladenin aradan götürülməsi böyük uğurdur.

Türkiyə prezidenti Abdullah Gül

Bu onu göstərir ki, terroristlər və terror təşkilatlarının sonu yaxşı qurtarmır. Bu hər kəsə ibrət olmalıdır. Bu işi böyük məmnuniyyətlə qarşılayıram.

İsrailin baş naziri Benyamin Netanyahu

Bu, terrorizmə qarşı birlikdə və qərarlı şəkildə vuruşan demokratik ölkələrin paylaşdığı dəyərlər və ədalətin zəfəridir.

Ölüm var məyus edir, ölüm var sevindirir.

Tofiq Əliyev.