Obama "böyük əməliyyatın" detallarını açıqladı

Obama "böyük əməliyyatın" detallarını açıqladı

2 May 2011 10:59
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ lideri Barak Obama "Ağ ev"dəki çıxışında Əl-Qaidə lideri Usama bin Ladenin cəsədinin əllərində olduğunu açıqlayıb.

Obama açıqlamasında son zamanlarda həyata keçirilən kəşfiyyat işləri nəticəsində Usama bin Ladenin yerinin dəqiq olaraq təyin olunduğunu və özünün təlimatı ilə reallaşdırılan quru əməliyyatı nəticəsində Pakistanda ölü olaraq ələ keçirildiyini vurğuladı. Bin Ladenin öldürülməsi mövzusunda "Ədalət yerini tapdı" ifadəsini istifadə edən Obama Əl-Qaidə liderinin cəsədinin ABŞ-lı səlahiyyətlilərin əlində olduğunu bildirib. Təşkil edilən əməliyyatda heç bir amerikalının ölmədiyinə və vətəndaş itkilərin yaşanmadığına diqqət çəkən Obama, "ABŞ Əl- Qaidə lideri və minlərlə kişi, qadın və uşağın ölümündən məsul bir terrorist olan Usama bin Ladenin öldürüldüyü bir əməliyyatı icra etdi. Hazırda bütün amerikalılara səslənirəm: ehtiyatlı olun, təhlükəsizlik tədbirlərini artırın", - dedi.

Bir neçə ay əvvəl Ladinlə əlaqədar bəzi məlumatların əldə edildiyini dilə gətirən qara dərili prezident şərhinə nöqtəni bu cür qoydu: "11 sentyabr terrorçularını ədalətə təslim edəcəyimiz mövzusunda qərarlı idik. Çox sürətli bir şəkildə 11 sentyabrı hadisəsinin ardında Usama bin Ladenin olduğunu anladıq və mübarizəmizə başladıq. Ötən 10 il ərzində Əfqanıstanda müvəffəqiyyətli əməliyyatlar həyata keçirtdik. Bir çox terrorçunu yox etdik. Vəzifəyə gəldikdən sonra CIA başçısı Leon Panettaya Əl-Qaidə şəbəkəsinin yox edilməsi və Usamanın tapılması təlimatını verdim. Bir müddət əvvəl mənə Bin Laden haqda əhəmiyyətli ipucu çatdırıldı. Bu ipucunun izini sürmək aylarımızı aldı. Ötən həftə artıq hərəkətə keçmək üçün əlimizdə kifayət qədər məlumat olduğuna inandım və hərəkətə keçmə göstərişi verdim. Həm Amerikada, həm də bütün dünyada diqqətli olmalıyıq. Bir daha deyirəm - bizim problemimiz İslamla deyil. Prezident Buşun dediyi kimi, bizim mübarizəmiz İslama qarşı deyil, terrora qarşıdır. Bin Laden İslami bir lider deyil. Və sonda dostlarımıza, müttəfiqlərimizə təşəkkür edirəm".


Biz də Barak Obamaya təşəkkür edirik...


Günel Həbib


O.M.