Liviya elçisi Afinada

Liviya elçisi Afinada

4 Aprel 2011 14:10
Bəyəndim (0) Bəyənmədim (0)
Qəddafi dünya ilə dil tapmağa çalışır


Liviyanın sabiq Xarici Işlər naziri Musa Qusa istehfa edib İngiltərəyə qaçdıqdan sonra onun vəzifəsi Abdelayti Obeydiyə həvalə olundu. Sonuncu da stulunda əyləşər-əyləşməz qollarını çırmalayıb, işinin başına keçdi.

Liviya lideri Müəmmər Qəddafinin təlimatıyla yeni Xarici İşlər naziri dünən gecə Afinaya uçdu. Qonağın Yunanıstan baş naziri Giorgio Papandreu ilə görüşünün ardından yerli Xarici İşlər naziri Dimitri Druças, "Liviya hökuməti vəziyyətin həlli yolarının axtarışındadır", - deyə söylədi, ancaq çox dərinə getmədi.

Obeydinin Yunanıstan ziyarətinin ardından Malta və Türkiyəyə gəlməsi gözlənilir.

O.M.