Qənimət Zahidin qızı bölməyə aparılıb

Qənimət Zahidin qızı bölməyə aparılıb

29 Aprel 2011 16:05
1 849
Bəyəndim (0) Bəyənmədim (0)
Qızlar çağırış vərəqələri paylayarkən yaxalanıblar

Bu gün "Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında iki qız yaxalanaraq, Yasamal Rayon Polis İdarəsinə aparılıb. Məlum olub ki, izahat yazan qızlardan biri "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qızı Aysel Saday, digəri isə Bəyim Həsənlidir. AXCP-nin fəal üzvlərindən olan gənclər metronun qarşısında aprelin 30-da ADNA-da baş vermiş faciənin ildönümü ilə bağlı aksiya çağırışı edirmişlər. Bu barədə məlumatı İctimai Palatanın sessiyasında iclasa sədrlik edən Pənah Hüseyn bildirib.


Məktub yetişmədi...


Könül Aypara


O.M.